Müxalifətçi partiya liderinin qardaşı işdən çıxarıldı
23 yanvar 2013 17:01 (UTC +04:00)

Müxalifətçi partiya liderinin qardaşı işdən çıxarıldı

Türkiyənin ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu işini itirib. Lent.az-ın məlumatına görə, bu barədə partiya sədrinin özü açıqlama verib.

 

O bildirib ki, İzmirdə inşaat firmalarından birində qarovulçu kimi çalışan ən kiçik qardaşını işdən çıxarıblar. Partiya sədrinin müavini Gürsel Tekin isə daha ətraflı danışıb. Təkinin sözlərinə görə, Cəlal Kılıçdaroğlu işlədiyi firmada yoxlamalar nəticəsində işini itirib. Onun fikrincə, partiya sədrinin qardaşının iş yeri mətbuatda açıqlandıqdan sonra həmin firmaya yoxlama göndərilib. Firma rəhbərliyi isə yoxlamanın məhz Cəlal Kılıçdaroğluna görə aparılmasından qorxduğu üçün onu işdən çıxarıb.

 

CHP bu olayı sərt qınayan bəyanat verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068
avatar

Oxşar yazılar