Müştəri gözəllik salonunun sahibəsini döydü, vəziyyəti ağırdır
Gəncədə müştəri gözəllik salonunun sahibəsini döyüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən gözəllik salonlarının birində baş verib.
Salon xidmətlərindən istifadə edən qadın müştəri oranın sahibəsi 28 yaşlı Əliyeva Zəhra mübahisə edib. Mübahisə davaya çevrilib və xəsarət alan salon sahibəsi xəstəxanaya yerləşdirilib.
Qadının vəziyyətin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
939