MUM-dan aldığı brilyantlar saxta çıxdı
02 avqust 2015 16:47 (UTC +04:00)

MUM-dan aldığı brilyantlar saxta çıxdı

0

Bakıda keçən il zinət əşyası alan qadın polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Kəlbəcər rayonundan məcburi köçkün olan 1964-cü il təvəllüdlü Aslanova Kifayət Məhəmməd qızı bildirib ki, keçən ilin avqust ayında Mərkəzi Univermaqda tanışı Musayeva Sevda Şahpələng qızına 4 min manat ödəyərək brilyant qaşlı zinət əşyası alıb. Bu günlərdə həmin əşyanı mütəxəssisə yoxlatdıran K.Aslanovaya brilyantların saxta olduğunu bildiriblər.

 

 

K.Aslanova dələduzluq əməlindən zərər çəkdiyini bildirib və polisdən məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar