Müğənninin evindən çoxlu pul oğurlayan şəxs məhkəməni uddu
02 may 2014 15:52 (UTC +04:00)

Müğənninin evindən çoxlu pul oğurlayan şəxs məhkəməni uddu

0

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Niyaməddin Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 9 il 6 aydan 8 il 6 aya endirilib.

 

Qeyd edək ki, N. Əliyev müğənni Pərvin Lətifovun evindən də oğurluq edib. 2 dəfə məhkumluq həyatı yaşayan N. Əliyev bir neçə mənzildən oğurluq edib.

 

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1943

Oxşar yazılar