Müğənni Tacirin qardaşının meyiti tapıldı
03 avqust 2015 10:38 (UTC +04:00)

Müğənni Tacirin qardaşının meyiti tapıldı

0

 

 

Müğənni Tacir Şahmalıoğlunun dənizdə batan qardaşının meyiti tapılıb.

 

Bu barədə APA-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib.

 

Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyevin meyiti Corat qəsəbəsində dəniz kənarında aşkar edilib. Dalğa meyiti sahilə çıxarıb.

 

Mərhum bu gün dəfn olunacaq.

 

Qeyd edək ki, iyulun 31-də Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuterlə dənizə çıxıb. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində M.Allahverdiyev batıb. M. Allahverdiyevin batmasına səbəb olaraq onun üzərində xilasedici jiletin olmadığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar