Müəllimi tərəfindən zorlanan şagirdlə bağlı Zakir Qaralova müraciət olundu
16 iyun 2016 14:08 (UTC +04:00)

Müəllimi tərəfindən zorlanan şagirdlə bağlı Zakir Qaralova müraciət olundu

0

Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub.

 

APA-nın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova bildirib. Ombudsman qeyd edib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “Hazırda araşdırmaların nəticəsini gözləyirik”.

 

Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar