Müəllimə dərs zamanı öldü - <span style="color:red;">QAXDA
11 may 2017 18:14 (UTC +04:00)

Müəllimə dərs zamanı öldü - QAXDA

Bu gün səhər saatlarında Qax rayon Turaclı kənd tam orta məktəbində ölüm hadisəsi baş verib.

 
Qax Rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, məktəbdə riyaziyyat müəlliməsi işləyən 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın dərs zamanı halı qəfildən pisləşib. Onu dərhal "Təcili Tibbi yardım" maşını ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva orda dünyasını dəyişib.

Müəllimə 10 ildir yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkirmiş. Həkimlər bildirib ki, müəllimənin ölümünə səbəb də bu olub. 

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, müəllimənin ölümü ilə bağlı ilk xəbəri Report verib. 

 

# 146
avatar

Fərizə Əhmədova

Oxşar yazılar