Müdafiə və Daxili İşlər Nazirliyi məhkəməyə verildi
04 may 2014 12:00 (UTC +04:00)

Müdafiə və Daxili İşlər Nazirliyi məhkəməyə verildi

Azərbaycanda vətəndaşlar tərəfindən bir neçə nazirlik məhkəməyə verilib. Bu barədə Lent.az-a 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən məlumat daxil olub. Azər Qasımov adlı vətəndaş “qətnamənin çıxarılması” tələbə ilə adıçəkilən məhkəməyə müraciət edib. Cavabdeh qurum isə Müdafiə Nazirliyidir.

 

Daxili İşlər Nazirliyi də məhkəməyə verilən mərkəzi icra hakimiyyəti orqanları sırasındadır. Nazirliyi Səftər Rəhimli adlı şəxs “məcburetmə” faktı əsasında məhkəməyə verib.

 

Bundan başqa Yaşar Cəfərov adlı vətəndaş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini “müavinətin ödənilməsi” ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2239

Oxşar yazılar