Mövqelərimiz atəşə tutulub - <span style="color:red;">YENİLƏNİB
21 aprel 2014 11:58 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub - YENİLƏNİB

 

 

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

 


Düşmən cavab atəşi ilə susdurulub.

# 378
avatar

Oxşar yazılar