Moskvanın Şərqi Biryulevo rayonunda dəmiryolu vağzalı yaxınlığında Özbəkistan vətəndaqşının meyiti tapılıb. Lent.az-ın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, meyitin üzərində çoxlu sayda bıçaq yaraları olub.
Hadisə Moskvanın cənubundakı çaxnaşma və kütləvi həbslər fonunda baş verib. Ötən həftə Qərbi Biryulevo rayonunda Moskva sakini Yeqor Şerbakov öz qız tanışının gözləri qarşısında qətlə yetirilib. Müşahidə kameraları qətli qeyri-slavyan görkəmli şəxsin həyata keçirdiyini müəyyənləşdirib.
Hadisə ilə əlaqədar şübhəli şəxs qismində Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılıb. O, ilkin ifadəsində qətli törətdiyini boynuna alıb.