Rusiya paytaxtında azərbaycanlılarla dağıstanlılar arasında kütləvi dava düşüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə sentyabrın 1-də gecə saatlarında Demyana Beqnoqo, ev 4 ünvanında yerləşən “Azərbaycan” kafesində baş verib.
Bir qrup azərbaycanlı və dağıstanlı arasında məişət zəminində mübahisə yaranıb.
Hadisə yerinə polisin gəlməsinə baxmayaraq, tərəflər davanı dayandırmayıblar. Polislər davanı yatırmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıblar.
Polislər dava edənlərdən dördünü bölməyə aparıblar. Lakin azərbaycanlılar və dağıstanlılar bir-birilərinə qarşı şikayət ərizəsi yazmaqdan imtina ediblər.
Faktla bağlı araşdırmalar davam edir.