Moskva-Gəncə aviareysi üzrə uçuş həyata keçirən təyyarə Həştərxanda məcburi eniş edib.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, təyyarədə 162 sərnişin olub.
Bildirilir ki, uçuş vaxtı Azərbaycan vətəndaşı Rasim Əmiraslanov sərxoş vəziyyətdə təyyarənin baş bələdçisini və sərnişinləri təhqir etməyə başlayıb: “Təyyarə komandiri onu qanunazidd əməllərdən əl çəkməyə çağırsa da, R. Əmiraslanov buna reaksiya verməyib və pilot kabinəsinə soxulmağa cəhd edib. Nəticədə hava gəmisinin komandiri ən yaxın hava limanına eniş etmək barədə göstəriş verib”.