Ermənilərin iki pilotsuz aparatı məhv edilib
13 may 2016 18:25 (UTC +04:00)

Ermənilərin iki pilotsuz aparatı məhv edilib

0

Müdafiə Nazirliyi ermənilərin Azərbaycan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatını vurması bağlı xəbərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir: "Dəqiq məlumata görə isə, erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar