Misirin müvəqqəti prezidenti Adil Mənsurun sözçüsü İhab Bədəvi Prezident Sarayında keçirdiyi mətbuat konfransında Misir-Türkiyə münasibətlərindən danışıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İhab Bədəvi Misirin Türkiyə hökumətinə qarşı səbrinin tükənmək üzrə olduğunu bəyan edib.
İhab Bədəvi deyib ki, Misir-Türkiyə münasibətlərinə xalqları bir-birinə bağlayan güclü bağların olduğu geniş bir çərçivədən baxır: “Ancaq Misirin Türkiyə hökumətinə qarşı səbri tükənmək üzrədir. Qarşıdakı günlər Misir dövlətinin olaylar qarşısında sərgilədiyi mövqeyin rasional və əsaslı olduğunu göstərəcək”.