Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Xidmətin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 09:45-də başa çatıb.