Mingəçevirdə beş nəfər toyda zəhərlənib
06 avqust 2015 14:07 (UTC +04:00)

Mingəçevirdə beş nəfər toyda zəhərlənib

 

Ötən gün axşam saatlarında Mingəçevir şəhərindəki şadlıq saraylarından birində keçirilən toy mərasimi zamanı kütləvi zəhərlənmə hadisəsi olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Əliyev Xəzər Bayram oğlu, bacısı, 1993-cü il təvəllüdlü Əliyeva Gülya Eldar qızı, Bərdə sakini, 1998-ci il təvəllüdlü Məmmədov Etibar Musa oğlu, Əliyeva Nuridə Bəylər qızı və İbrahimova Nərgiz Ənvər qızı məclisdə zəhərləniblər. Onlar toydan sonra özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdiriliblər.

 

Hazırda onların vəziyyəti orta qiymətləndirilir. Xəstələrdən birinin vəziyyəti yüngül olduğu üçün ilkin tibbi yardımdan sonra evə buraxılıb.

 

Zəhərlənmənin meyvə şirəsindən baş verdiyi ehtimal edilir.

 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 138
avatar

Oxşar yazılar