Mingəçevir su anbarı ərazisində yenə təhlükəli hal yaşanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında (ən yaxınlıqdakı məntəqədən 300 m aralıda, nəzarətsiz ərazidə) 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:15-də başa çatıb.