Mingəçevirdə bir nəfər batmaq təhlükəsi ilə üzləşib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında 1997-ci il təvəllüdlü 1 nəfər (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 150 m məsafədə, nəzarət olunan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.