
Milli yığmamız Rusiyanı 12-1 udaraq finala yüksəlib
Daha əvvəl xəbər verdiyimiz kimi ölkəmizin ev sahibliyi etdiyi və artıq 7-cisi keçirilən Arena Polo Dünya Kuboku turnirində 2-ci günün oyunları keçirilib.
Atçılıq İdman Federasiyasından APA-ya verilən məlumata görə, yerli vaxtla 15:00-da başlayan ilk oyunda Almaniyanı təmsil edən “Los Nocheros Polo Club Münster” komandası İsveçrə təmsilçisi “Evviva Polo Club St. Moritz” komandası ilə qarşılaşmışdı. Gərgin mübarizə şəraiti altında keçən oyunda almanlar isveçrəliləri 9-8 hesabı ilə məğlub etmişdi.
Günün ikinci görüşündə milli komandamız Rusiya milli yığması ilə qarşılaşıb. Oyunçularımız ruslar üzərində 12-1 hesabı ilə böyük fərqlə qələbə qazanıb. Bununla da ikinci qələbəsini qazanan milli yığmamız finala yüksəlib.
15 sentyabr 16:15-də başlayacaq final oyununda Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” komandası Almaniya təmsilçisi “Los Nocheros Polo Club Münster” komandası ilə qarşı qarşıya gələcək.
Üçüncü və dördüncü yerlər uğrunda mübarizə isə 15:00-da başlayacaq və “Evviva Polo Club St. Moritz” komandası ilə “Planernaya Polo Club Moscow” komandası arasında baş tutacaq.
Xatırladaq ki, 13 sentyabrda start götürən turnirin ilk oyununda Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” komandası “Evviva Polo Club St. Moritz”i (İsveçrə) 11:3
hesabı ilə məğlub edib. Günün İkinci qarşılaşmasında Almaniyanın “Los Nocheros Polo Club Münster” və Rusiyanın “Planernaya Polo Club Moscow” komandaları arasındakı oyun isə rusların 9:7 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15