Bakıda intihara cəhd edən qadın xilas edilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da Səbail rayonundakı Milli Parkda 20-25 yaşlı qadın özünü dənizə atıb. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.