Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum olub - SİYAHI-YENİLƏNİB
18 yanvar 2016 18:17 (UTC +04:00)

Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum olub - SİYAHI-YENİLƏNİB

0

Azərbaycan Milli Məclisinin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə əlavə məsələlər daxil edilib.

 

Parlamentdən APA-ya verilən məlumata görə, bunlar “Satınalmalar haqqında” və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər layihəsidir.

 

Bununla parlamentin xüsusi iclasının gündəliyinə salınan məsələlər 5-dən 7-ə qalxıb.

 
***
 
Azərbaycan Milli Məclisinin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə beş məsələ daxildir.

Parlamentdən APA-ya verilən məlumata görə, bunlar Vergi və İnzibati Xətalar məcəllələrinə, “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər layihəsidir. 

 

Qeyd edək ki, Milli  Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar