V çağırış Milli Məclisin ilk sessiyası başlayıb
24 noyabr 2015 12:04 (UTC +04:00)

V çağırış Milli Məclisin ilk sessiyası başlayıb

Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyası başlayıb.

 

APA-nın məlumatına görə, yeni tərkibdə MM-in ilk iclasını ən yaşlı deputat Fəttah Heydərov aparıb.

 

Dövlət Himninin səsləndirilməsindən sonra iclas açıq elan edilib.

 

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

 

Dövlət başçısının iclasda geniş nitq sözləyəcəyi gözlənilir.

 

Daha sonra MM sədri, sədrin müavinləri, parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar