Futbol üzrə İsrail milli komandasının sabiq baş məşqçisi Emmanuel Şeffer vəfat edib. Lent.az-ın məlumatına görə, Şeffer 89 yaşında dünyasını dəyişib.
İsrail millisi tarixi ərzində cəmi bir dəfə dünya çempionatının final mərhələsinə məhz onun rəhbərliyi altında vəsiqə qazanıb. Bu, 1970-ci ilə təsadüf edib. Habelə, Şeffer bu yığmanı 1968-ci il Yay Olimpiya Oyunlarına çıxarıb.