Millət vəkili bu maşında qəzaya düşüb öldü
08 mart 2013 01:27 (UTC +04:00)

Millət vəkili bu maşında qəzaya düşüb öldü

0

Dünən gecə saatlarında yol qəzasında dünyasını dəyişmiş millət vəkili Hikmət Atayevi VAZ 21 06 markalı avtomobil idarə edib.

 

APA avtomobilin qəzadan sonrakı fotosunu əldə edib.  Məlum olub ki, H. Atayev özünə məxsus  62-BB-770 nömrə nişanlı  sarı rəngli VAZ- 21 06 markalı maşın idarə edib.

 

Şəkildən də  göründüyü kimi köhnə model VAZ 21 06 markalı maşın qəzadan sonra tamamilə yarasız hala düşüb.

 

APA-nın fotosunu yaydığı digər maşın isə 10-XA-826 dövlət nömrə nişanlı “VAZ-21015” markalı maşın isə millət vəkilinin avtomobili ilə toqquşub. Bu maşındakı şəxs də qəzada ağır yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7133

Oxşar yazılar