Mikroavtobusla avtoxuliqanlıq etdi, 20 sutka ilə cəzalandırıldı
13 iyul 2019 23:30 (UTC +04:00)

Mikroavtobusla avtoxuliqanlıq etdi, 20 sutka ilə cəzalandırıldı

0

 

İdarə etdiyi avtomobildə avtoxuliqanlıq hərəkətlərinə yol verən Mingəçevir sakini saxlanılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetməyə zidd davranışları ilə bağlı videogörüntüsünü sosial şəbəkələrdə yayımlayan sürücünün Mingəçevir şəhər sakini  1984-cü il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu olduğu müəyyənləşdirilib.

O, "Mecedes Vita" markalı mikroavtobusla Gürcüstandan qayıdarkən yolda avtoxuliqanlıq edib və bu hərəkətlərini kameranın lentinə köçürüb. Daha sonra bu videonu sosial şəbəkədə yayımlayıb və izləyicilər haqlı olaraq bu cür sürücülərin yollarda potensial təhlükə mənbəyi olduğunu bildirərək onun hərəkətlərini qınayıb. Hadisəyə rəsmi müdaxilə də gecikməyib. Polis əməkdaşları qayda pozucusunu müəyyən edərək saxlayıb.

İnzibati qaydada cəzalandırılan sürücü 20 sutka müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1319

Oxşar yazılar