Məzahir Pənahovun qohumları təhlükəli zonada qalıb
15 avqust 2014 17:17 (UTC +04:00)

Məzahir Pənahovun qohumları təhlükəli zonada qalıb

Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində separatçılar tərəfindən öldürülən Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımovun girovluqda olan həyat yoldaşı və oğlu azad edilib.

 

R. Qasımovun qardaşı, Krasnıy Luç Azərbaycanlılar Cəmiyyətinin sədri Rəşid Qasımov APA-ya açıqlamasında bildirib ki, hazırda qardaşının ailəsi Donetsk vilayətinin Ukrayna qüvvələrinin nəzarətində olan Torez şəhərindədir.

 

R. Qasımov qeyd edib ki, qardaşının ailəsi azad olunsa da, anası Xuraman Qasımova, qardaşları Rauf və Rasim Qasımovlar separatçıların nəzarətində olan ərazidə qalıblar: “Onlar hazırda Rusiya ilə həmsərhəd olan Snejnoe şəhərinin yaxınlığında, separatçıların nəzarəti altında olan kiçik bir kənddədirlər. Hər yerə müraciət etmişik, onların xilası üçün bütün cəhdləri edirik, lakin hələlik nəticə yoxdur”.

 

O deyib ki, anası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla əmi uşağıdırlar.

 

Qeyd edək ki, Tovuz rayonunun Xatınlı kəndindən olan Qasımovlar ailəsi Luqansk vilayətində iri fermer təsərrüfatına malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3095
avatar

Oxşar yazılar