Cəlilabad rayonunda ölümlə nəticələnnə yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Ələt-Astara yolunun 146-cı kilometrliyində, Cəlilabad rayonu ərazisində 1968-ci il təvəllüdlü Teymur İbrahim oğlu Babayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ağaca çırpılması barədə məlumat daxil olub. Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü xəsarət alıb, sərnişin 1971-ci il təvəllüdlü Şəlalə Böyükxan qızı Mehdiyeva hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər yaralı T.Babayevi və Ş.Mehdiyevanın cəsədini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 08:59-də başa çatıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.