Mənzildə qadın meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Pyatevna Svetlana Qriqovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.