Məmur oğlu polisləri döydü
30 iyul 2013 17:55 (UTC +04:00)

Məmur oğlu polisləri döydü

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində, sərxoş gənc xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına qarşı xuliqanlıq hərəkətləri edərək onlara müxtəlif bədən xəsarətləri yetirib.


 

Hacıkənd qəsəbə sakinlərinin APA-nın qərb bürosuna verdikləri məlumata görə, qəsəbə yaxınlığında asayişi təmin edən polislər yüksək sürətlə hərəkət edib avtoxuliqanlıq edən avtomobili saxlamaq istəyiblər. Bu zaman nəqliyyat vasitəsindən enən gənc iki polis əməkdaşına müxtəlif bədən xəsarətləri yetirib.

 

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin iki əməkdaşı polis nəfərləri Zaur Yusibov və Azər Qarayev Hacıkənd qəsəbəsində, yol polisi əməkdaşları ilə birgə sərxoş sürücülərin aşkarlanması istiqamətində tədbirlər həyata keçirən zaman, “VAZ 2107” markalı, 90 MZ 039 dövlət nömrə nişanlı avtomobilə “Saxla!” işarəsi veriblər. Avtomobildən düşən, 1993-cü il təvəllüdlü, Azərbaycan İqtisad Universitetin 4-cü kurs tələbəsi Vasif İmanov sərxoş vəziyyətdə polis əməkdaşlarına söyüb. Polis əməkdaşları  20 yaşlı gənci nizam -intizama dəvət etmək istəyərkən gənc onlara müxtəlif bədən xəsarətləri yetirib.

 

Məlumata görə, Vasif İmanov Gəncədə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanovun oğludur.

 

Faktla bağlı materiallar Gəncə şəhər Prokurorluğuna göndərilib. Araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4346
avatar

Oxşar yazılar