İslandiya paytaxtında keçirilən ənənəvi “Reykyavik Open 2013” beynəlxalq şahmat turniri davam edir. Lent.az-ın məlumatına görə, Azərbaycanı qadınlardan ibarət milli komandamızın üzvləri, beynəlxalq qrossmeysterlər Türkan Məmmədyarova və Gülnar Məmmədova təmsil edirlər.
9-cu turda Gülnar Məmmədova ukraynalı Mixaylo Aleksiyenkoya uduzub. Məmmədovanın hazırda 5 xalı var. Türkan Məmmədyarova isə İslandiya şahmatçısı Tinna Kristin Finnboqadottiri məğlub edərək aktivinə 5.5 xal yazıb.