Bakıda sürücü orta məktəb şagirdini vuraraq hadisə yerindən qaçıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qurban Abbasov küçəsi-6 ünvanında yerləşən 203 saylı orta məktəbin qarşısında qeydə alınıb.
Həmin məktəbin 6-cı sinif şagirdi 2002-ci il təvəllüdlü Fidan Abid qızı Məlikli naməlum avtomobillə vurulub. Sürücünün hadisə yerindən qaçdığı bildirilib.
F. Məlikli xəstəxanaya yerləşdirilib.
Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.