
Məktəblini maşın vurub öldürdü
Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 9 yaşlı Yusif Mübariz oğlu Nuriyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, Y.Nuriyev 3-cü sinif şagirdi olub.
Qeyd edək ki, qəzada ölən uşağın atası ötən il Şamaxıda göldə çimərkən boğulub.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57