Salyan rayonunda məktəb direktoru intihar edib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. 1956-cı il təvəllüdlü Fətulla İsmayılov yaşadığı evin həyətində üzüm talvarından özünü asaraq intihar edib.
Qeyd edək ki, mərhum Qızılağac kənd Əlövsət Quliyev adına orta məktəbin direktoru olub.
Faktla bağlı araşdırma aparılır.