Məhkəmə şərti cəza versə azadlığa çıxa bilmədi - DƏLƏDUZ
13 mart 2017 13:31 (UTC +04:00)

Məhkəmə şərti cəza versə azadlığa çıxa bilmədi - DƏLƏDUZ

11 min manat dələduzluq etdiyinə görə, təqsirləndirilən Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasınım hökmünə əsasən onun barəsində 6 il 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası verilib. Məhkəmədə dövründə o dəymiş ziyanı ödədiyi üçün onun barəsində Cinayət Məcəlləsi 70-ci (şərti) maddəsi tətbiq edilib və 2 il müddətə sınaq müddəti seçilib. Hakim bildirib ki, bu işlə bağlı Etibar Əliyevə şərti cəza versək də, onun barəsində başqa cinayət işi üzrə istintaq aparılır buna görə, Etibar Əliyev məhkəmədən azadlığa buraxılmır.

 

Qeyd edək ki, Etibar Əliyev Rəsmi Əsədova iş düzəltmək adı ilə 11 min manat pul alıb. O verdiyi vədə əməl etməyib. Zərərçəkənin şikayəti əsasında Etibar Əliyev həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 67
avatar

Səlcuq Elçin

Oxşar yazılar