Məcburi köçkünün mənzili qarət edildi
26 aprel 2014 12:49 (UTC +04:00)

Məcburi köçkünün mənzili qarət edildi

0

Bakı şəhəri, K.Rəhimov küçəsində yerləşən yataqxanada məskunlaşan Cəbrayıl rayon sakini Tahir Həsənovun mənzilindən içərisində 300 manat, bankomat kartı və sürücülük vəsiqəsi olan pul kisəsi oğurlanıb. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Füzuli rayon sakini Samir Əkbərov tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar