Lent.az. Ukraynanın Dnepropetrovsk şəhərində təhsil alan və məşq zamanı xəsarət alaraq ölən 19 yaşlı azərbaycanlı idmançının “facebook”da paylaşdığı fotoları təqdim edir.
Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 1994 cü il təvəllüdlü Aslan Xıdırov Smaqdaun döyüş növü üzrə idmanla məşğul olub. Beş gün qabaq isə məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Bir gün komada qaldıqdan sonra Aslan iflic vəziyyətdə özünə gəlib. Bir neçə gün hissiyatsız vəziyyətdə xəstəxanada qalan gənc həkimlərin bütün cəhdlərinə baxmayaraq dünyasını dəyişib.
Oles Qonçarov adına Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Aslan Xıdırovun cənazəsi ötən gün Vətənə yola salınıb.
Məşqdən sonra ölən 20 yaşlı azərbaycanlı idmançının “facebook” görüntüləri
0
0
0
0