Maşınla 10 yaşlı uşağı vurub qaçan sürücü tutuldu
22 may 2017 12:22 (UTC +04:00)

Maşınla 10 yaşlı uşağı vurub qaçan sürücü tutuldu

0

Abşeron rayonunda azyaşlı piyadanı vuran sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb.

 

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar