Maşınını aşıran sərxoş sürücü xəstəxanalıq oldu
13 yanvar 2016 01:01 (UTC +04:00)

Maşınını aşıran sərxoş sürücü xəstəxanalıq oldu

Şirvanda sərxoş sürücü avtoqəza törədib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza saat 24.00 radələrində Şirvan-Salyan magistralının Hacıqəhrəmanlı qəsəbəsi ərazisində baş verib. Şirvan sakini, 1969-cu il təvəllüdlü Məmmədov Əlizadə Əlisafa oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedess” markalı 18 BG 587 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yoldan çıxıb və avtomobil bir neçə dəfə yuvarlanaraq aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar