İki maşın toqquşdu: sürücünü belə xilas etdilər
29 avqust 2019 10:39 (UTC +04:00)

İki maşın toqquşdu: sürücünü belə xilas etdilər

0

Yevlaxda ölümlə nəticələnən qəza baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax rayonunun Aşağı Qarxun kəndində “Chevrolet” markalı minik avtomobili və yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Orucov Qərib Abbas oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 703

Oxşar yazılar