
Maşın üç piyadanı vurdu: biri ölüb
0
0
Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində maşın yolu keçən piyadaları vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 4-də saat 2 radələrində Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində Nağı-oba kənd sakini Q.Novruzov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Sahib Xalıqovu, E.Babaəliyevi və K.Abbasəliyevi vurub.
Nəticədə S.Xalıqov hadisə yerində ölüb, digər 2 piyada isə xəstəxanaya yerləşdirilib.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.
0
0