Maşın oğrusu tutuldu
31 mart 2019 11:49 (UTC +04:00)

Maşın oğrusu tutuldu

0
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də "Toyota" markalı avtomobilinin qaçırıldığını bildirib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
 
DİN-in Təhlükəsiz Şəhər Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılıb.
 
Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 943

Oxşar yazılar