Maşın 11 yaşlı uşağı vurub komaya saldı
30 aprel 2017 00:43 (UTC +04:00)

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Qarazəncir  kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Müseyibovu yoldan ötən avtomobil vurub. Azyaşlı uşaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilk tibbi yardım göstərilib. Beyninə qan sızdığından E.Müseyibov tomoqrafiya olunması üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata görə, hazırda  uşaq koma vəziyyətindədir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar