Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Firudun Qəmbərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə avqustun 20-də axşam saatlarında şəhərin Olimpiya İdman Kompleksinin yaxınlığındakı ərazidə qeydə alınıb.
Kanalizasiya xətti çəkilən zaman torpaq sürüşməsi baş verib, nəticədə orada işləyən fəhlələrdən Masallı rayon sakini Müsəddiq İsmət oğlu Novruzov torpaq uçqunu altında qalaraq hadisə yerindəcə dünyasını dəyişib.
Uçqun altında qalan daha bir fəhlə - Göyçay rayon sakini, 1991-ci il təvəllüdıü Ramin Vəkil oğlu Seyidov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalara başlanıb.