Masallıda evləri yanan ailələr çadırla təmin olundu
02 iyun 2017 16:15 (UTC +04:00)

Masallıda evləri yanan ailələr çadırla təmin olundu

Masallıda evləri yanan dörd ailə çadırla təmin olunub.
 
APA-nın cənub bürosu xəbər verir ki, bu il mayın 20-də rayonun Qurtuluş küçəsində Rəhman Abdullayev, İmamverdi Fərəcov, Təyyar Əliyev, Cəhalət Yaqubov və Paşa Abdullayeva məxsus bir-birinə bitişik mənzillər içindəki əşyalarım ilə birlikdə yanıb.
 
Fövqəladə Hallar Nazirliyi Hadisədən sonra yaxınlarının evinə yerləşən zərərçəkən ailələrdən dördü üçün müvəqqəti yaşamaqdan ötrü ev-çadırlar quraşdırıb. Bir ailə oğlunun evində qaldığı üçün ev-çadırdan imtina edib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246

Oxşar yazılar