Masallıda ev yandı
19 yanvar 2016 03:49 (UTC +04:00)

Masallıda ev yandı

0

Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Qəriblər kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan kottecin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 209

Oxşar yazılar