Mal-qara oğurlayan dəstə saxlanıldı
05 avqust 2019 11:51 (UTC +04:00)

Mal-qara oğurlayan dəstə saxlanıldı

0
Cəlilabadda 38 baş iribuynuzlu mal-qara oğruylıb satan dəstə saxlanılıb.
 
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
 
Məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində silsilə mal-qara oğurluqları törədən dəstə üzvləri saxlanılıblar.
 
Rayonun Günəşli kənd sakini Vaqif Həsənov Polis Şöbəsinə müraciət edərək onn məxsus 6 baş camışı kəndin “Mahmudçala” adlanan ərazisində naməlum şəxslərin  oğurladıqlarını bildirib. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakinləri Fəday Ağayev və Şəmistan Nəhmətov tutulublar. Araşdırma zamanı oğurlanan iribuynuzlu mal-qaranı dəstə üzvlərinin Cəlilabad rayon sakini Əlixas Hüseynova məxsus yük maşını ilə Bərdə rayonunda yerləşən mal bazarına aparıb satdıqları məlum olub. Əməliyyat zamanı Ə.Hüseynov da tutulub və saxlanılan şəxslər etdikləri cinayəti etiraf ediblər.
 
Əlavə əməliyyat tədbirləri zamanı onların müxtəlif vaxtlarda Biləsuvar rayon sakini Balaşükür Mikayılova məxsus 11 baş camışını, Cəfərxanlı kənd sakini Əsədxan Həşimovun dəyəri 14000 manat olan 5 baş inəyini, Şükürlü kənd sakini Nürəddin Sadıqova məxsus 9 baş iribuynuzlu heyvanını və İbadət Nuriyevin 7 baş inəyini oğurladıqları da məlum olub.
 
Faktlarla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 577

Oxşar yazılar