Liviyanın cənub- qərbində, Əlcəzairlə sərhəddə yerli əhali ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər ölüb.
Verilən məlumatda o da qeyd olunur ki, qarşıdurmada ölənlərin 3 nəfəri təhlükəsizlik xidmətinin əməkdaşları olub.