Lerik sakinini Gəncədə avtomobil vurub
10 may 2014 19:54 (UTC +04:00)

Lerik sakinini Gəncədə avtomobil vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər sakini, 24 yaşlı Rza Məmmədov idarə etdiyi “Kia Rio” markalı avtomobillə yolu keçmək istəyən piyada, Lerik rayonunun Kürdəsər kənd sakini, 45 yaşlı Cəlal Xosrovovu vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Məlumata görə, avtomobilin vurduğu Cəlal Xosrovov Gəncədə “N” saylı hərbi hissədə xidmət edən oğlunun andiçmə mərasiminə gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar