Lerik sakini özünü güllələdi
30 mart 2016 12:49 (UTC +04:00)

Lerik sakini özünü güllələdi

Lerik rayonunda silahlı insident baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 29-da Lerik rayonunun Livodirqə kəndində yaşayan Elcan Zahidov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Lerik RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar