
Çiyələk mürəbbəsini bu cür hazırlaya bilirsiz? - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az saytında yeni layihə - Qışa bizimlə hazırlaşın
Bu layihəni ərsəyə gətirməkdə məqsədimiz budur ki, Azərbaycan mətbəxində yer alan xörəklər, şirniyyatlar mürəbbələr, turşular haqqında bilmədiyiniz maraqlı məqamları diqqətinizə çatdıraq. İlk olaraq işimizə yayda qış hazırlığı ilə başlayırıq. Belə məhsullar qış fəslində köməyimizə yetir.
Azərbaycan mətbəxində mürəbbə, turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır.
Biz də qış üçün əziyyət çəkib hazırlıq görən xanımları nəzərə alaraq, hər gün bir resepti sizlərə təqdim edəcəyik.
Bizə bu işdə fenomenə çevrilmiş məşhur "Ağababaağababa" "youtube" kanalı kömək edəcək.
Hazırda çiyələyin mövsümü olduğu üçün xanımlarımıza bu güləmeyvə ilə bağlı danışacağıq. Ustamız sizə çiyələk mürəbbənin xüsusi hazırlanma qaydasını açıqlayır.
Çiyələk mürəbbəsinin resepti.
Çiyələk 1 kq
şəkər tozu 700qr
Hazırlanma qaydası:
Çiyələk aşsüzənin içində altında da bir ləyən axar suyun altında yaxşıca yuyulur. Suyu süzüləndən sonra saplaqlaqlarından təmizlənib növbəli şəkildə altdan şəkər tökülməklə geniş bir ləyənə yığılır. Çiyələyin növündən asılı olaraq 1-2 saatdan 5-6 saata qədər gözlədirik ki, su salsın. Su salandan sonra ləyəni ocağın üzərinə qoyuruq. Əvvəlcə ocağı zəif açırıq gözləyirik ki, suyu bir qədər də artsın. Sonra qazı artırırıq. Ləyəni silkələyə-silkələyə kəfkirin arxası ilə meyvələri kənarlardan ortaya doğru itələyirik. Çiyələk zərif meyvə olduğu üçün onu gür odda tez bir zamanda bişirib götürmək lazımdır. Bu arada çıxan kəfləri sonuna qədər yığmaq lazımdır ki, mürəbbəmizin rəngi gözəl olsun, sonradan qalıb qıcqırmasın. Hazır olmasını üzərində qabarcıqların çoxalmasından qatılaşmasından hiss edirik. Bu zaman mürəbbənin suyundan qaşığın ucunda 1 damcı boşqaba damızdırırıq əgər yayılmırsa olduğu kimi qalırsa demək mürəbbəmiz hazırdır bankalara yığıb sərin yerə qoya bilərsiniz. Yox əgər sizə elə gəlirsə ki, mürəbbəni ocaqdan tez götürmüsünüz onda ləyənin üzərinə bir tənzif atın 2-3 gün gözlədin sonra bankalara yığın.
Nuş olsun.
Oxşar yazılar

Məktəblilər gənc oğlanı soyundurub döydülər
4 mart 2025 , 18:05
Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30
Azərbaycandan çıxmaq istəməyən 59 miqrant saxlanıldı
4 mart 2025 , 17:09
İranda kişilərin qarşısında oxuyan qadın müğənni saxlanıldı
4 mart 2025 , 16:09
Bakıda evdə meyit tapıldı
4 mart 2025 , 15:41
Dərsə gedən uşaq itdən qorxub öldü
4 mart 2025 , 15:35
Bakının mərkəzindəki marketdə saxta araqlar aşkarlandı
4 mart 2025 , 15:21